Türkiyənin Diyarbəkir vilayətində yenə terror aktı törədilib.
PKK terrorçuları Silvan rayonundakı su anbarının tikintisinin təhlükəsizliyini təmin edən hərbçilərə minaatanlardan hücum edib.
Mərminin hərbçilərin qaldığı baraka düşməsi nəticəsində bir hərbçi ölüb, biri yaralanıb.
Türkiyə təhlükəsizlik qüvvələri terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyata başlayıb.
www.yenicag.az