Türkiyədə partiya binasına hücum edildi

media-hightechnic-468x90

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Parti) Ankaranın Balqat qəsəbəsindəki qərargah binasına hücum edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hadisəni törədən şəxsin sərxoş olduğu deyilir. H.C.Ö. gecə saatlarında sərxoş halda partiyanın qərargah binasının qarşısına gəlib. O, daşlarla binanın giriş qapısına hücum edib.

Hücum zamanı binanın giriş qapısının şüşələri sındırılıb və partiya lövhəsi zədələnib.

Şübhəli hadisə yerinin yaxınlığında Ankara Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən qısa müddətdə tutulub./unikal

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa