!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə təhsil almaq istəyənlərin nəzərinə: YTB təqaüd proqramı elan etdi - VİDEO

!Reklam – Yazi

Türkiyə 2022-2023-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramını elan edib.

Yenicag.az Aktual.ge-yə istinadən xəbər verir ki, bu barədə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) Gürcüstanda “Türkiyə bursları” proqramı haqqında tanıtım həyata keçirilərkən məlumat verilib.

“Türkiyə bursları” təqaüd proqramı haqqında Gürcüstanın paytaxtı Tbilisi və Batumi şəhərindəki qabaqçıl ali təhsil ocaqları, liseylər və məktəblərdə gənclərə YTB-nin Mütəxəssisi Umut Deniz Öncel, Beynəlxalq Tələbələr Şöbəsinin üzvü Sərdar Ərcan və Təqaüd Proqramının məsul əməkdaşı Mustafa Yaquboğlu təqdim edib.

Təqaüd proqramı ilə bağlı Gürcüstanda səfərdə olan YTB heyətinin üzvü Mustafa Yaquboğlu Aktual.ge xəbər portalına danışıb:

“Biz Türkiyə təqaüdləri komandası olaraq 2023-cü il müraciətləri öncəsi Gürcüstanda tanıtım fəaliyyəti həyata keçiririk. Bir həftədir ki, Gürcüstanın qabaqcıl universitetlərində, liseylərində və təhsil mərkəzlərində tanıtım tədbirləri gerçəkləştirdik. Türkiyə Dövlətinin beynəlxalq tələbələrə təklif etdiyi ali təhsil təqaüd proqramı haqqında ətraflı məlumat verdik. Biz tələbələrin müraciət prosesi ilə bağlı suallarını cavablandırırıq. Tüm sürecle ilgili detaylı bilgileri kendilerine aktarmaktayız.

Türkiyə təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir. Proqramda iştirak üçün sənədlərin qəbulu https://turkiyeburslari.gov.tr/tr/sayfa/aday-ogrenciler/nasil-basvuru-yapilir internet səhifəsində göstərilən qaydada həyata keçirilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

 

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv