!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə yağışlı hava davam edir: Dənizlidən sel keçdi - FOTO

!Reklam – Yazi

Türkiyənin Dənizli şəhərində leysan yağışları təsirli olub.

Yenicag.az-ın yerli bürosu xəbər verir ki, leysan yağışları nəticəsində küçə və prospektləri su basıb, bəzi evlərin zirzəmiləri su ilə dolub.

Sel suları ən çox Qazi Mustafa Kamal Bulvarında daşqına səbəb olub, yollar gölə dönüb. Avtomobillərin hərəkətində çətinliklər yaranıb, insanlar yollarda qalıb.

Şəhər bələdiyyəsinin müvafiq qurumları yaranmış vəziyyəti aradan qaldırmaq üçün işlər görür.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv