!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə yeni təyinatların iqtisadiyyata TƏSİRİ: "İyirmi il əvvəl əsaslandıqları siyasətə dönmək..."

!Reklam – Yazi

“Mehmet Şimşəyin təyinatdan sonra daha rasional iqtisadi siyasət yürüdüləcəyinə dair bəyanatı da bazara hələ ki müsbət təsir göstərməyib”.

Bu fikirləri Türkiyədə yeni hökumət kabinəsinin qurulmasının ölkədəki maliyyə-iqtisadi qurumuna ilkin təsirini dəyərləndirən Azərbaycanın keçmiş maliyyə naziri, professor Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Türkiyədə iqtisadi gərginlik qalmaqdadır və radikal addımlar atılmasa, gələcəyə yönəlik optimist fikir söyləmək çətindir:

“Deməli, Ərdoğanın seçkilərdəki hər qələbəsindən sonra bazar müəyyən qədər “sakitləşib”. Ümumiyyətlə, bazar o qədər dəqiq indikatordur ki, hökumətin fəaliyyətinə tam adekvat reaksiya verir. Son bir həftədə – Ərdoğanın qələbəsindən sonra Türkiyədəki iqtisadi durumu, gəlişmələri az qala saatbasaat izləyirəm. Yeni hökumətin formalaşdırılması, Mehmet Şimşəyin maliyyə naziri postuna gətirilməsi və başqa məsələləri diqqətdə saxlayıram.

Eyni zamanda, hazırda ABŞ-də çalışan Hafizə Qayə Ərkan adlı gənc bir xanımın Türkiyə Mərkəzi Bankına sədr gətirilməsi məsələsi də aktiv müzakirə olunur. Ancaq bu informasiya da Türkiyə bazarının sabitləşməsinə təsir göstərmədi və dollar bahalaşmaqda davam edir. Yəni Şimşəyin təyinatdan sonra daha rasional iqtisadi siyasət yürüdüləcəyinə dair bəyanatı da bazara hələ ki müsbət təsir göstərməyib. Konkret desək, iqtisadi gərginlik qalmaqdadır və radikal addımlar atılmasa, gələcəyə yönəlik optimist fikir söyləmək çətindir.

Bir az keçmişə qayıtmaq istəyirəm. Hələ AK Partiya ilk dəfə hakimiyyətə gəlməzdən əvvəl Ərdoğanla görüşdük və onların iqtisadi proqramlarının hazırlanmasında mən də yaxından iştirak etdim. Ərdoğan da öz hökumətini formalaşdırdıqdan sonra doğru iqtisadi yol tutdu və birinci ildə inflyasiya 70-80 faizdən 8-9 faizə endirildi. İndiki şəraitdə də hansısa fövqəladə addımlara və mürəkkəb mexanizmlərə ehtiyac yoxdur. Sadəcə iyirmi il əvvəl əsaslandıqları iqtisadi siyasətə dönmək yetərlidir”.

A.Zeynalov

www.yenicag.az

2711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv