!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə zəlzələ ilə bağlı son vəziyyət - "Yeni Çağ" qardaş ölkədən bildirir

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Türkiyənin Qəhrəmanmaraş şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ Osmaniyə, Qaziantep, Hatay, Diyarbəkir, Şanlıurfa, Malatya və Adana şəhərlərində də şiddətli şəkildə hiss olunub. Məlumata görə, zəlzələ nəticəsində 912 nəfər həyatını itirib.

Yenicag.az-ın Türkiyə bürosu xəbər verir ki, dağıntılar altında qalmış şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir.

Bundan başqa, hazırda ölkə üzrə elektrik kəsintiləri müşahidə edilməkdədir. Elektrik verilişində qısa fasilələr yaranır.

Həmçinin telefon xətlərindəki yükləmə ilə bağlı bəzi operatorların işində çətinlik yaranıb. İnternet xidməti isə olduqca zəifdir, kəsilmələr yaşanır.

Onu da qeyd edək ki, zəlzələdən sonra ən böyüyü 6.6 bal gücündə olan 78 afterşok yaşanıb.

www.yenicag.az

1615
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv