!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədəki hadisələrə görə 67 nəfər saxlanıldı

!Reklam – Yazi

Türkiyənin Daxili işlər naziri Əli Yerliüaya Kayseridə yaşananlarla bağlı açıqlama verib.

Yerliqaya həmin hadisəyə görə 67 şəxsin saxlanıldığını bildirib:

“Məsələ ilə bağlı dərhal istintaq başlandı. Lakin vətəndaşlarımız bu ərazidə toplaşıb və qanunsuz hərəkət edərək Suriyalı vətəndaşların evlərinə, iş yerlərinə və nəqliyyat vasitələrinə zərər vurublar. Polisin müdaxiləsi zamanı 67 nəfər saxlanılıb. Əraziyə toplaşan insanlar saat 02:00-dan sonra oranı tərk ediblər.

Türkiyə hüquqi dövlətidir. Təhlükəsizlik qüvvələrimiz dünən olduğu kimi bu gün də bütün cinayətkarlarla mübarizə aparır. Ali Türk ədaləti cinayətkarlara layiq olduqları cəzaları verir. Biz xarici düşmənçiliyə yol verə bilmərik ki, bu bizim dinimizdə, mədəni dəyərlərimizdə, müqəddəs xalqımızın tarixində yoxdur”.

Xatırladaq ki, Türkiyədə suriyalı kişi 5 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edib. Hadisə Kayseri şəhərində baş verib. Əraziyə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürmə briqadası cəlb edilib.

Uşağa qarşı əxlaqsız hərəkətlər edən şəxs polis xüsusi əməliyyat qrupları tərəfindən saxlanılıb və dərhal ərazidən uzaqlaşdırılıb.

Hadisə zamanı 5 polis yaralanıb./BAKU.WS

COP29

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv