Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyəli professor: Ermənistan sərhəddə təxribat törətməklə diqqəti öz işğalçılıq siyasətindən yayındırmaq istəyir

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatın iki mühüm səbəbi var. Ermənistan Dağlıq Qarabağ və onun ətrafında həyata keçirdiyi işğal faktını diqqətdən yayındırmaq istəyir. Məhz buna görə də Azərbaycanla birbaşa dövlət sərhədi olan ərazidə yeni münaqişə bölgəsi yaratmağa çalışırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bozok Universitetinin dekanı, professor Kürşad Zorlu bildirib.

Hazırda Ermənistan tərəfinin intensiv atəşə tutduğu Tovuz istiqamətinin Azərbaycan ərazisi olduğunu diqqətə çatdıran professor deyib: “Təbii olaraq 1992-ci ildən bəri yaşanan gərginliklərə diqqət etdikdə ortadakı azğın bir işğal faktı açıq şəkildə görünməkdədir. Beynəlxalq ictimaiyyət, o cümlədən siyasi və elmi dairələr bu barədə kifayət qədər məlumatlıdır. Həm Dağlıq Qarabağ və onun ətrafındakı ərazilərin işğalı, həm də son günlər Tovuz istiqamətində hücum cəhdləri Ermənistanın arxasında dayanan böyük qüvvələrin təhriki kimi dəyərləndirilə bilər”.

Professor vurğulayıb ki, Dağlıq Qarabağda bu il şou şəkilində təşkil olunan saxta “seçkilər” və Şuşada “andiçmə” mərasimi təcavüzkar tərəfin sistemli təxribatları sırasındadır. Bütün bunlar Ermənistanın şıltaqlıqlarını göstərir.

“Təbii olaraq ortaya belə bir sual çıxır: Ermənistan son hücumlarla nəyə nail olmaq istəyir? Hesab edirəm ki, təcavüzkar tərəf Dağlıq Qarabağa qarşı həyata keçirdiyi işğalçılıq siyasətini diqqətdən yayındırıb özünə tərəfdar toplamaq istəyirlər. Hücum hədəflərinin yaşayış məskənləri və dinc sakinlər seçilməsində məqsəd qıcıqlandırıcı təsir yaradıb, Azərbaycan tərəfindən eyni qarşılığı almaqdır ki, bununla da münaqişənin miqyasını böyütmək istəyirlər. Təəssüf ki, hazırda beynəlxalq hüquq və bu funksiyanın icrasına məsuliyyət daşıyan təşkilatlar susurlar. Ermənistanın Azərbaycana qarşı hücumu ilə bağlı dünyanın diqqət mərkəzində olan ən mühüm məsələ Türkiyənin mövqeyi idi. Bu isə artıq aydın şəkildə ifadə olunub. Xarici İşlər Nazirindən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın “Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanındayıq” ifadəsi ilə sərgilədiyi mövqe beynəlxalq ictimaiyyətə açıq mesajdır. Təcavüzkar Ermənistan Dağlıq Qarabağa qarşı həyata keçirdiyi işğalçılıq siyasətini diqqətdən yayındırıb yeni bir oyun stratejisi başlatmaq istəyir”, – deyə Kürşad Zorlu bildirib.

www.yenicag.az

271