Ermənistan Silahlı Qüvvələrinin təxribatı ilə bağlı türkiyəli siyasətçilər Azərbaycana dəstək və başsağlığı mesajları yayımlayıblar.
Yenicag.az xəbər verir ki, Zəfər Partiyasının sədri Ümid Özdağ: “Qardaş Azərbaycan xalqının acısını paylaşır, şəhidlərimizi rəhmətlə yad edirəm”, – deyə sosial media hesabında paylaşım edib.
Məmləkət Partiyasının sədri Məhərrəm İncə Atatürkün Azərbaycanla bağlı söylədiyi sözləri xatırladıb:
“Şəhidlərimizə Allahdan rəhmət, Azərbaycan xalqına başsağlığı diləyirəm. Mustafa Kamal Atatürkün dediyi kimi: “Azərbaycanın kədəri bizim kədərimizdir”.
İYİ Partiyanın sədri Məral Akşenər də başsağlığı mesajı yayımlayıb:
“Ermənistanın Can Azərbaycanımıza qarşı hücumlarında itirdiyimiz qardaşlarımıza Uca Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyirəm. Başımız sağ olsun”.
Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu: “Azərbaycandan gələn şəhid xəbərləri ürəyimizi dağladı… Dost və qardaş ölkə Azərbaycanın acısını paylaşır, Azərbaycan xalqına başsağlığı və səbir diləyirəm. Acınız acımızdır”, – deyə qeyd edib.
Səadət Partiyasının sədri Təməl Qaramollaoğlu şəhid xəbərlərini dərin hüznlə qarşıladığını bildirib:
Gələcək Partiyasının sədri Əhməd Davudoğlu da başsağlığı mesajı yayımlayıb:
Dəva Partiyasının sədri Əli Babacan Türkiyənin sülh səylərini artırmalı olduğunu bildirib:
www.yenicag.az