Türkiyənin bir neçə ərazilərində meşə yanğınları oldu, sakinlər təxliyə edildi

media-hightechnic-468x90

Türkiyənin Manisa və Kahramanmaraş vilayətlərində meşə yanğını baş verib.

Yenicag.az yerli mediaya istinadən xəbər verir ki, hər iki yanğına havadan və qurudan müdaxilə edilir.

Həmçinin Antalyada da meşə yanğını olub.

Kaş rayonundakı qamışlıq ərazidən, Kəmər rayonunda isə meşəlik ərazidən alovlar yüksəlib.

Kəmərə gedən yol ehtiyat tədbiri olaraq nəqliyyat üçün bağlanıb.

Digər tərəfdən Manisada yanğında alov təhlükəsi olan bir məhəllə və bəzi kəndlər boşaldılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600