!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin ciddi və qətiyyətli mövqeyi: "Məkirli planlar həyata keçiriləcəksə..." - ŞƏRH

!Reklam – Yazi

“Türkiyə terrorçuları zəmin üzərində zərərsizləşdirdikcə diplomatik sahədə mövqelərini gücləndirir”.

Bunu Türkiyənin keçirdiyi antiterror əməliyyatı, bunun səbəb və nəticəsi barədə danışan politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında səsləndirib.

İlyas Hüseynov bildirib ki, Türkiyə böyük geosiyasi gücdür:

“Türkiyə hazırda beynəlxalq sülhə və təhlükəsizliyə töhvə verir. Təkcə onu demək kifayətdir ki, Rusiya-Ukrayna müharibəsinin nizamlanmasında Ukraynanın ərazi bütövlüyü prizmasından çıxış edən Türkiyə Rusiya ilə də münasibətləri normal qaydada saxlamağın tərəfdarıdır. Nüfuzuna görə Türkiyə tərəflər arasında moderator olmaq qabiliyyətinə malikdir və bununla da beynəlxalq güclər hesablaşır. AntiTürkiyə blokunda olan Misir lideri Türkiyə Prezidenti ilə çox isti zəmində görüş keçirmişdi.

Bu səbəbdən də Türkiyəyə qarşı məkirli planlar həyata keçirirlər. Türkiyəyə qarşı terror hücumları baş verir. NATO üzvü olan ölkələr arasında ən çox terror hücumuna məruz qalan məhz Türkiyədir. Ona görə də Türkiyənin terrorla mübarizədə böyük təcrübəsi var.

İstanbulda baş vermiş son terror hadisəsindən sonra Türkiyə artıq təhlükəsizliyini gücləndirmək istiqamtində fəal addımlar atmaq qərarını verdi.

Türkiyə PKK/YPG terror qruplarının yuvalarının, qərargahlarının dağıdılması üçün fəaliyyətə başlayıb. Əməliyyatlar Türkiyənin təhlükəsizliyinin təmin edilməsi baxımından çox vacib idi. Bundan sonra da Türkiyəyə qarşı hər hansısa məkirli planlar həyata keçiriləcəksə, Türkiyə buna çox qəti cavablar verəcək.

Türkiyə elə ciddi və qətiyyətli mövqe nümayiş etdirməlidir ki, bundan sonra hər hansısa terror barədə düşünənlər də, bunu ağıllarının ucundan belə keçirməsinlər”.

Səxavət Məmməd

www.yenicag.az

575
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv