Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyənin daha bir şəhərindən Azərbaycana DƏSTƏK: Qüllə bayrağımızın rənglərinə büründü - FOTO

Türkiyənin daha bir şəhərinin simvolu Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

GazeteABC.com-da yayımlanan xəbərə görə, Qarabağ düşmən tapdağından azad olunanadək Bursanın Topxana saat qülləsi Azərbaycan bayrağı rəngləri ilə işıqlandırılacaq.

Bursa Şəhər Bələdiyyəsinin sədri Alinur Aktaş “Azərbaycan xalqı öz qardaşımızdır” şərhi ilə Azərbaycan bayrağı rəngləri ilə aydınlanan Topxana saat qülləsinin şəklini sosial media hesabında paylaşıb.

Qeyd edək ki, dünən Türkiyənin paytaxtı Ankaranın simvollarından biri olan “Atakule” qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.

Loading...

www.yenicag.az

581
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100