!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyənin Diyanət İşləri Başqanlığından "Charlio Hebdo" jurnalına sərt etiraz

!Reklam – Yazi

Türkiyənin Diyanət İşləri Başqanlığı nəşrlərində islam dəyərlərini təhqir edən, son nəşrində isə Həzrəti Məhəmmədi və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı hədəf alan “Charlio Hebdo” jurnalına etiraz edib.

Yenicag.az xəbər verir ki, başqanlıq jurnalda yer alan mövcud karikatura ilə bağlı dünya ictimaiyyətini səssiz qalmamağa çağırıb.

Həmin müraciəti təqdim edirik:

“Hər zaman dilə gətirdiyimiz kimi, yenə də bir daha ifadə edirik ki, İslam sülh dinidir, Onun elçisi Həzrəti Məhəmməd (səllallahu əleyhi vəsəlləm) də bir rəhmət peyğəmbəridir. Müsəlmanlar, insan haqlarını, azadlıqlarını və umumbəşəri insani dəyərləri mənimsəyən, hər cür şiddət və pisliyi rədd edən bir inanca sahibdir. Ancaq son zamanlarda Fransa başda olmaqla Avropada İslama və müsəlmanlara yönəldilmiş təhqir və hücumların çox ciddi şəkildə artdığını görürük. Charlio Hebdo adlı jurnal da mənfur nəşrləri ilə bu vəziyyətə rəhbərlik etməkdədir. Bu jurnal son nəşrində yenə Peyğəmbər Əfəndimizi və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan çox çirkin bir karikatura dərc etmişdir.

Açıq şəkildə bildiririk ki, bu nəşrlər və jurnallar; dünyadakı iki milyarda yaxın Müsəlmanlara yönəldilmiş təsviri mümkün olmayan bir hörmətsizlikdir. İnsani dəyərləri heçə sayan qorxunc bir əxlaqsızlıqdır. Hüququ ayaqlar altına alan böyük bir düşmənlikdir. İnsan ləyaqətinə və inanc azadlığına qəsd edən mənfur bir siyasətdir. Beynəlxalq müqavilələri kobud şəkildə pozan bir barbarlıqdır, mədəniyyətsizlikdir. Sosial və qlobal sülhü zədələyən məsuliyyətsiz və ehtiyatsız bir davranışdır. Şəxs və kütlələri hərəkətə keçirən şüurlu və amansız bir təxribatdır. Yalan, şər, böhtan, təhqir, alçaltma, hədəf göstərmə, təxribat yaratmaq kimi münasibət və davranışlar əsla azadlıq anlayışı ilə izah edilə bilməz.

Beləliklə, insanlığın üz qarası mənfur nəşri şiddətlə lənətləyirik. Fransanın məhkəmələrindən dərhal qanunun tələblərini icra etmələrini gözləyirik.

Əlaqəli ölkələrin rəhbərlərini; Müsəlmanların dəyərlərini və müqəddəs olanlarını qorumaq, hər cür təhlükəsizliyi təmin etmək, eləcə də vətəndaşlıq hüquqları tələblərinin təmin edilməsi üçün məsuliyyətlərini icra etməyə dəvət edirik.

Avropa insan hüquqları və azadlıqlarına inanan, inanca hörmət edən və sosial barışı düşünən, bütün ziyalıları, akademikləri, müəllimləri, fəalları, qeyri-hökumət təşkilatları, media nümayəndələri və sağlam düşüncəli insanları bu açıq çirkinliklərə və hüquq pozuntularına qarşı reaksiya verməyə və təşəbbüs göstərməyə çağırırıq. İnsana və inanclara dəyər verən bütün din və inanc mənsublarının reaksiya göstərməsini gözləyirik. Əks təqdirdə yuxarıda qeyd olunan qruplar və qurumlar Müsəlmanların nəzərində etibarlığını itirəcək və dərin bir məyusluğa səbəb olacaqdır.

Bütün dünya ictimaiyyətinə açıq şəkildə bildiririk ki, müəyyən bir plan əsasında qurulmuş bu təxribatlara qarşı müsəlmanlar heç bir zaman qanunsuz yollara əl atmayacaq, sağlam düşüncə və ağılla hərəkət edərək hüquqlarını, inanclarını və ümumbəşəri dəyərlərini qorumağa davam edəcəklər. İnanırıq ki, ədalət, vicdan və hüquq qalib gələcək, yaxşılıq və sülh qazanacaqdır”.

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv