Türkiyənin Əfqanıstandakı səfirliyi fəaliyyətini davam etdirir.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Rəsmi Ankara Türkiyənin Əfqanıstandakı diplomatik nümayəndəlikləri ilə bağlı bütün lazımi tədbirləri görüb, Türkiyənin Kabildəki səfirliyi fəaliyyətini davam etdirir. Səfirlik Əfqanıstanı tərk etmək istəyən Türkiyə vətəndaşlarına lazımi köməyi göstərməyə hazırdır”, – deyə Mövlud Çavuşoğlu bildirib.