!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Türkiyənin gələcək vizyonunda Azərbaycana yer vermək istəməyənlərin...” – Əkrəm Kızıltaş

!Reklam – Yazi

“İkitərəfli əməkdaşlığın regionun digər qardaş dövlətlərinin də lehinə olacağı məmnunluq üçün əlavə vəsilədir”.

Bu fikirləri yeni mərhələdə Türkiyə-Azərbaycan münasibətlərinin perspektivini dəyərləndirən tanınmış jurnalist, “Takvim” qəzetinin siyasi şərhçisi Əkrəm Kızıltaş Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iki ölkənin xalqları ilə yanaşı, liderləri arasında da qardaşlıq bağlarının möhkəmliyi qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün çox münbit zəmindir:

“Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyədəki seçkilərdən sonra ilk rəsmi səfərini Şimali Kipr Türk Cümhuriyyətinə, ondan həmən sonra isə Azərbaycana etməsinin artıq bir dövlət ənənəsinə çevrildiyi məlumdur. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Türkiyə-Azərbaycan münasibətlərinin bundan sonrakı inkişafı ilə bağlı əminliklə söyləmək olar ki, iki ölkə arasında əməkdaşlıq daha da genişləndiriləcək.

Türkiyənin gələcək vizyonunda Azərbaycana yer vermək istəməyənlərin seçkilərdə uğradığı məğlubiyyətin bir səbəbini də Türkiyə insanının iki ölkə arasında əməkdaşlığa böyük əhəmiyyət verməsi ilə əlaqələndirmək mümkündür. İki ölkənin insanları kimi, Türkiyə və Azərbaycan liderləri arasındakı qardaşlıq bağları qarşıdakı dönəmdə atılacaq birgə addımlarla yeni böyük layihələr gerçəkləşdirilməsinin bariz əlamətidir.

Ölkələrinə və xalqlarına dəyər verən, onların rahatlığını və rifahını əsas götürən rəhbərlərin liderliyində atılacaq yeni addımların Türkiyə və Azərbaycanla yanaşı, regionun digər qardaş dövlətlərinin də lehinə olacağı da məmnunluq üçün əlavə vəsilədir”.

A.Zeynalov

www.yenicag.az

275
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv