Türkiyənin hakim partiyasının üzvü qətlə yetirilib

media-hightechnic-468x90

silahTürkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü qətlə yetirilib.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qətlə yetirilən şəxs AKP-nin yerli təşkilatlarından birinin sədr müavini Yılmaz Bulutdur.

Bildirilir ki, insedent Y. Bulutun qohumu ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər arasında yaranan mübahisədən sonra baş verib. Hadisə yerinə gələn Y. Bulut tərəfləri sakitləşdirmək istəyib. Lakin bir qədər sonra Y. Bulutla onun qohumunun olduğu avtomobil güllələnib. Nəticədə 35 yaşlı Y. Bulut hadisə yerindəcə dünyasını dəyişib.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600