Türkiyənin Müdafiə Nazirliyi: “Azərbaycanlı qardaşlarımızın bu əlamətdar gününü təbrik edirik”

15 sentyabr – Bakının işğaldan azad edilməsi ilə əlaqədar Türkiyənin Milli Müdafiə Nazirliyi paylaşım edib.

Yenicag.az xəbər verir ki, nazirliyin rəsmi “Twitter” hesabındakı paylaşımında bildirilir:

“Bu gün Nuri Paşa komandanlığında Qafqaz İslam Ordusunun Bakının düşmən işğalından xilasının 102-ci ildönümüdür. 15 sentyabr 1918-ci ildə Bakının işğaldan qurtuluşunda şəhid və qazi olan əsgərlər ehtiramla yad edirik. Azərbaycanlı qardaşlarımızın bu əlamətdar gününü təbrik edirik”.

COP29