Türkiyənin şəhərlərində ərəb dilində lövhələr yığışdırılır – Fotolar

media-hightechnic-468x90

Suriya və İraqdan bir neçə milyon qaçqının məskunlaşdığı Türkiyədə ərəb dilinə meydan verilməsi tendensiyası artıq əks istiqamətə yönəlib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantepdə türk dilinin qorunması məqsədilə bir müddət əvvəl yerləşdirilmiş ərəb dilində lövhələrin bələdiyyə əməkdaşları tərəfindən sökülməsinə başlanılıb.

Məlumata görə, suriyalı qaçqınların kompakt məskunlaşdıqları Qaziantepin İslahiye rayonunda “gəlmələr”in açdıqları iş yerlərinin qarşısında Ərəb dilində asılmış lövhə və bildirişlər sürətlə yığışdırılır.

Bu işi həyata keçirən qruplar ərəb dilindəki lövhələrin yığışdırılmasını türk dilinin qorunması və həmin bildirişlərin “qeyri-məqbul görüntü yaratması” səbəbilə əlaqələndiriblər.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600