Türkiyənin Vitse-prezidenti Cövdət Yılmaz Zəngəzur dəhlizinin önəmindən bəhs edib.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Yılmaz bu barədə “Türkiyə Yüzilində Nəqliyyat Dəhlizləri və Tranzit Yükdaşınması Toplantısı”nda danışıb.
Müxtəlif nəqliyyat dəhlizləri barədə məlumat verən Yılmaz Zəngəzur dəhlizini xüsusilə vurğulayıb.
O, Zəngəzur dəhlizinin Türkiyənin Şərqi Anadolu və Şərqi Qara dəniz bölgəsinin inkişafına çox ciddi töhfə verəcəyini bildirib.
“Müxtəlif dəhlizlər barədə fikir yürüdən və Türkiyəni “baypas” etməyə çalışan ölkələr də var. Amma inanıram ki, sahib olduğumuz coğrafi mövqe ilə, siyasi münasibətlərimizlə, təşəbbüslərimizlə Türkiyə dünya logistikasının mərkəzində özünə yer tapacaqdır, tapıb da”, – deyə vitse-prezident qeyd edib.
www.yenicag.az