Türklər “New York Times”-ın saytlarını dağıtdı

media-hightechnic-468x90

100920_new_york_times_building_ap_328“Türk Hack Team” qruplaşmasının xakerləri “New York Times” qəzetinin saytlarına hücum edib və onlara girişi bağlayıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xakerlər bu addım atmaqlarının səbəbini qəzetin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumətini hədəfə alması və ABŞ-la NATO-nu hərəkət keçməyə çağırması ilə izah ediblər.

Gecə saatlarında baş tutan kiber hücumda eyni vaxtda onlarla xaker iştirak edib. “Türkiyə üzərindəki qara bulıudlar” başlığı ilə yazı dərc edən xakerlər törətdikləri hücumun səbəblərini açıqlayıblar.

“New York Times”ın ingilis (homedelivery.nytimes.com) və ispan dilində (es.nytimes.com) fəaliyyət göstərən saytları, blogu(blog.nytimes.com),tətbiqetməsi (app.nytimes.com) və qeydiyyat sistemi (register.nytimes.com) dağıdılıb və nəticədə qəzetə külli miqdarda ziyan dəyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa