İraqdakı Baas rejiminin Türklərə qarşı təzyiqləri, 1979-cu ildə daha da artdı. İraq Türklərinin lider vəzifəsində olan önəmli şəxsiyyətləri 1979-cu ildə gözaltına alınaraq, ağır işgəncələrə məruz qaldı. Bunların arasında Türkmən Qaradaşlıq Ocağının uzun illər müdirliyini etmiş təqaüdde olan Albay Abdullah Abdurrahman ilə Bağdad universitetində təhsil işçisi olan Doç. Dr. Nevdet Koçak başda gəlirdi. Ayrıca Abdullah Abdurrahmanın yaxın iş yoldaşı Dr. Rıza Demirci və Müteattid Adil Şərif də həbs olunaraq işgəncələrə məruz qalmışdılar. Bu həbslər xalqına çox böyük təsir etmiş və dərin kədər hissi yaratmışdı.Təqaüdçü Albay A. Abdurrahman İraq ordusunda önəmli xidmətlər etmiş dəyərli bir əsgər idi. Ordudakı vəzifəsindən ayrıldıqdan sonra, Bağdatda açılan Türkmən Qardaşlıq Ocağına illərlə müdirlik etmiş və xidmətlərinə görə İraqdakı Türklərin böyük rəğbətini qazanmışdı. Doç. Dr. Necdet Koçak; Əkin maşınları sahəsində də dəyərli mütəxəssiz və elm adamı idi. Bağdat universitetində Əkin maşınları ixtisasını yaradaraq bu sahədə yüzlərlə tələbə yetişdirmişdi. Bununla yanaşı insan sevgisi və mehribanlığı sayəsində Türk xalqı arasında çox sevilən sayılan bir xarakterə sahib idi.
Adil Şerif
Kərkükdə ticarətcilər arasında bərabərliyi, ortaqlığı isətəyən və bunun üçün çalışan hətta maddi dəstək göstərən biri idi. Baas tərəfdarları günlərlə təzyiq və insanlığa xas olmayan işgəncələr etməsinə, Türklərin sevilən liderlərinə şər böhtan atmasına baxmayaraq heç bir nəticə ala bilməmişdi. Xüsusilə şəkər xəstəsi olan A. Abdurrahmana aldığı dərmanlar verilməyincə, gözlərini itirməsinə və qaranlıq bir dünyaya məhkum olmasına səbəb olmuşdular. Sonda Bağdat rejimi Türk xalqını qorxutmaq üçün Abdullah Abdurrahman, Necdet Koçak və Adil Şərifi 16 yanvar 1980-ci ildə edam etdilər.
Dr. Rıza Demirci: Təsərruffat Nazirliyində məsləhətçi, qurumun çalışqan işçisi, tələbə evi yaradan, gənclərin inkişafında böyük əməyinə görə xüsusilə sevilən, sayılan, sözü keçən biri idi.
Necdet Koçak
07. 04. 1939-cu ildə Kərkükdə doğulmuşdur. Nurəddin Ali Tevfikdir. N. Ali Tefvik Türk uşaqlarına Türk mədəniyyətini, adət-ənənəsini öyrən başmüəllim idi. Necdet ilk, orta və lisey təhsilini Kərkükdə bitirmişdi. 1958-ci ildə Türkiyəyə gələrək Ankara Universitetinin Ziraat fakultəsinə daxil olmuşdur. 1962-ci ildə bu fakultədən yüksək ziraat mühəndisi olaraq məzun olmuşdur. Kərkükə dönərək, 1962-64-cü illər arasında Təsərrüffat Nazirliyinə bağlı olan Kənd Təsərrüffatı nazirliyində işlədi. 1964-cü ildə Türkiyəyə dönərək Ankara Universitetinin Ziraat fakultəsində magistr təhsilini, 1969-cu ildə isə doktora dərəcəsini aldı. Daha sonra İraqa qayıdaraq 1970-ci il tarixindən etibarən bağdat Universitetinin Mühəndislik fakultəsində müəllim olaraq işləməyə başladı. 1976-cı ildə dosent, daha sonra isə professorluq dissertasiyasını yazmışdır. 22. 03. 1979-cu ildə “ Türkçuluk” damğası vurularaq həbs olunmuş və 1980-ci ildə Bağdadda Səddam rejimi tərəfindən edam edilmişdir. (Şəhid Necdet Koçak albomu. Türk Ocaqları. Ankara. 1999)
Milli Savaşa orta və lisey dönəmində olarkn başlamışdır. 1959-cu ildə Kərkük Qətliamında şəhid edilən lider Ata Hayrullahın yaratdığı Gənclər Təşkilatında işləmiş və rəhbərlik etmişdir. Necdet Koçak tam mənasında bir lider və mübariz adam idi. Koçakın həyat yoldaşı Aytən Koçakın anlatdığına görə Səddamın adamları 15 yanvar 1980-ci ildə gecə vaxtı evə gəlib Necdeti aparırlar. Səhər isə gəlib yoldaşını Bağdat yaxınlığındakı “Ebn Grep” həbsxanadasında görə biləcəyini xəbər verirlər. Ailəsi və yaxınları ora getdikdə gözlərinə inana bilmirlər. Bir insanın güclə sığa biləcəyi dəmirliyə Necdet Koçak, Albay Abdullah Abdurrahman və Adil Şərifi salıb aylarla insanlığa xas olmayan işgəncələr verilirdi. Albay Abdullah şəkər xəstəsi idi və dərmanları vaxtı vaxtında içə bilmədiyi üçün gözləri tutulmuşdu. Hər üçünün də bədənində zorakılıq izləri var idi.Bir neçə saat sonra edam ediləcək Necdat Koçak ailəsinə və son saatlarında onu yalnız buraxmayan dostlarına belə deyirdi; “Dostlar ağac budandıqca yaşillaşar. Sizdən son xahişim budur ki, tələb etdiyiniz iddiaları buraxmayın və davam edin. Mən hal hazırda həmişəkindən daha rahatam. Allahımın hüzuruna könül rahatlığı ilə gedirəm. Bayrağı sizə təslim edirəm.”
Necdetin Ruhuna Səsləniş
Necdet Koçaka hər zaman dəstək olan yoldaşı Aytən Erdem Koçak’ın ona yazdığı məktub belə idi:
“Sevgili Necdet!
Bu mübarizə mənasız, bu savaş yetim, bu mübarizə böyükdür deyirdin. Doğrudan da eləimiş, İrqdaşım, dostum ərim Necdet şəhadətinin 18-ci ilindən 19-cu ilə keçdiyində ülküdaşların, can qardaşlarınTürk Ocaqlılar məndən səni anlatmağımı istədilər. Səninlə bağlı xatirələr anlatmaq mənim üçün çox çətindir. Hardan başlayım, nə danışım? Hər şeyi demərəm. Çünki sən atdığın hər addımında xalqı düşünürdün və bilirəm ki, həyatın boyunca gördüyün, hiss etdiyin, yaşatdığın hər hadisə xalqı ucaltmaq, layiq olduğu yerdə yaşatmaq üçün idi. Məsuliyyət hissini bir an belə unutmadın. Yuxularında belə bu problemləri həll etməyin yollarını axtarırdın. Şəxsiyyətinə uyğun olaraq özün üçün istədiyin heç bir şey yox idi. Səni qeydsiz, şərhsiz rahat anlatmaq gözəldir. Gerçəklərin bir qismini xatırlayıb anlatmaq çətindir və üstəlik yarıda qırılacaq, amma nə edim ki,çarəsizəm. Sənin milli məsuliyyət duyğun məndə də var. Bəli, Necdet bu bir başlanğıc olmalıdır. İndi mən sənin də bizimlə bərabər olduğunu hiss edirəm və bizi anladığını çox yaxşı bilirəm”.
Bir İdealist Vətəndaşımızın Hekayəsi
Prof. Dr. İhsan Doğramacı
Şəhid Necdet Koçakla bağlı bunları söyləmişdir. “ Necdet Koçak kiçik yaşlarından liderlik görünüşünə malik, hər zaman haqqın tərfini tutan və İraq Türklərinin azadlıq iradəsinə qarışması gərəkdiyinə inanmış bir adam idi. Bu xüsusiyyətləri və üstün istedadına görə 1959-cu il qətliamında lider Ata Hayrullah tərəfindən kəşf edilmişdir. Ata Hayrullahın vəfatından sonra Necdet Koçakın istedadları və və lider görünüşlü olması təcəlli etməyə başlamışdır. Hələ tələbə ikən hər üzv olduğu dəstədə dərin düşüncə, analiz etmə qabiliyyəti, dünya görüşünün geniş olması və gözəl nitq qabiliyyətinə malik olması sayəsində öndə olmuşdur. Bunu nəticəsində insanları bir araya toplamağı bacarır və hamıda onun yanında işləmək istəyi yaradırdı. əlinə keçən hər kitabı oxuyan Necdet Koçak əkin mühəndisliyi ara sıra iqtisadiyyat, siyasət, sosial elmlər və beynəlxalq əlaqələr sahəsində də püxtələşmiş bir mütəxəssis, xalqın psixologiyasını yaxşı bilən biri idi və liderliyə addım addım yaxınlaşırdı. Tələbəlik dövründə dünyada və İraqda hər olub keçəni diqqətlə izləyirdi. Necdet Koçakın aydın və səlis nitqi sayəsində Türkiyədə görüşdüyü hər siyasətçinin sevgi və simpatiyasını qazanmışdı.”
Albay Abdullah Abdurrahman
1913-cü ildə Kərkükdə anadan olmuş dur. Təhsilini burada tamamladıqdan sonra Bağdada getmişdir. Burada Bağdat Hərbi məktəbinə daxil olub oranı da bitirdikdən sonra 1941-ci ildə İngilislərə qarşı olan Milli Hərəkatda iştirak etmişdir. 1948-ci ildə böyük Türk generalı Mustafa Ragib və Ömər Ali Paşayla birlikdə Fələstini azad etmək hərəkatına qatılır. 1958-ci ildə İraqda Krallığa qarşı edilən çevrilişdən sonra Kərkük II Tümən Komandir köməkçisi vəzifəsinə təyin olunur. 19 iyul 1959-cu ildə Kərkük qətliamından azad olmuş və Bağdada gedərək İraqın o zamankı çevrilişini edən İnqilabi Komitə Şurası rəhbəri General Abdulkerim Kasım ilə görüşərək ona Kərkükdəki hadisələr barədə xəbər verir. Bununla yanaşı General Kasım Kərkükə ordu göndərir. Beləcə Kərkükü daha böyük bir qətliamdan, fəlakətdən qurtarmış olur. Təqaüddə olan Albay Abdullah Abdurrahman, 1960-cı ildə qurulan Türkmən Qardaşlıq Ocağının 1964-1973, 1973-1976 –cı il tarixləri arasında rəhbər olmuşdur. Rəhbər olduğu zamanlarda digər dostları ilə birlikdə Türkmən kənd, qəsəbə və şəhərləri gəzmiş, buralardakı Türkmənlərin problemləri ilə yaxından maraqlanmışdır və onlar üçün əlindən gələn hər köməyi etmişdir.
Albay Abdullah Abdurrahman milliyyətçi, mərd, cəsur və vətənini sevən biri idi. Baas Partiyasının İraq Türklərinə qarşı çalışdığı “yox etmə” siyasəti səbəbi ilə Albay 1976-cı ildə, Qardaşlıq Ocağının rəhbəri olarkən rejim tərəfindən Ocaqdan uzaqlaşdırılmışdı. 1979-cu ildə isə həbs olunmuşdur. “Bu bayrağı şərəflə daşıyacağınızdan əminəm. Ədalətdən və Allah yolunda əsla çaşmayın. Allaha əmanət olun.” Bu son dərəcə qısa nitqindən bir neçə saat sonra digər savaşçı dostları ilə birlikdə edam olunmuşdur. 16 yanvar 1980-ci ildə 65 yaşında olmasına baxmayaraq edam olunaraq şəhidlik zirvəsinə ucalır.
İşadamı Adil Şərif
1928-ci ildə Kərkükdə doğulan Adil Şərif ilk təhsilini tamamladıqdan sonra iş həyatına atılır və çox uğur qazanır. Bununla yanaşı milli mübarizədə də böyük fədakarlıq göstərir. Milli mübarizə üçün hər cür maddi və mənəvi dəstək göstərir. Kərkükün yütişdirdiyi önəmli şəxsiyyətlərdən biridir. Xalqın sevgisini və böyük rəğbətini qazanmışdır. 1959-cu ildə baş verən qətliamın intiqamını almaq üçün yaradılan mübarizə dəstələrinə rəhbərlik edərək hər cür fədakarlıq göstərmişdir. Bir müddət sonra Bağdada köçən adil orada da milli mübarizəyə dəstək olur. 1979-cu ilin may ayında həbs olunur və 16 yanvar 1980-ci ildə dostları ilə birlikdə edam edilərək şəhidlik zirvəsinə ucalır. Lakin onlar ölmədilər. Türk ə edilən zülmləri anlatmaq və zalımları şikayət etmək üçün Allahın hüzuruna çıxdılar. 24 il əvvəl Abdullah, Necdet,Adil və Rıza olaraq getdilər. Amma Mehmet olaraq, Kemal ve Ahmet olaraq geri döndülər. Türkmən qüruruna dərin iz buraxan bu şəxsiyyətləri hər il16 yanvar günü yadedirik. Onlar kimi canlarını heç düşünmədən inancları, vətəni, milləti, bayrağı və idealist fikirləri uğuruna fəda edənlərə salam olsun. Şəhidlərimizin ruhu şad olsun!
Dr.Rıza Demirci
Rıza Demirci 1928-ci ildə Kərkükdə anadan olmuş və təhsilini də burada almışdır. Kərkük liseyini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Türkiyəyə getmişdir. İstanbul Universiteti Orman fakultəsinə daxil olmuş 1951-ci ildə oranı bitirdikdən sonra vətənə qayıdaraq Ərbil və Kərkük Orman Bölgə müdirliklərini yaratdı. 1959-cu ildə İstanbul Universiteti Orman fakultəsi Ambalaj ixtisasından doktora dərəcəsini aldı. Daha sonra Bağdad Orman baş müdir, Texnik işlərində dairə rəhbəri və baş müdir köməkçisi vəzifəsində işlədi. Dr. Rıza Demirci 07. 05. 1960-cı ildə Bağdadda qurulan Türkmən Qardaşlıq Ocağının qurucularındandır. Türkmən Qardaşlıq Ocağı içərisində çox uğurlu işlər görmüşdür. Bunlardan ən vacibi Qardaşlıq Ocağı daxilində bir tələbə evi açıb buranı idarə etməsi idi. Bu da tələbələrin təhsillərini rahat şəkildə almasına şərait yaradırdı.Qardaşlıq jurnalının dərc olunmasında, İraq Türklərinin tarixi araşdırmalarında, İraqda olan Türk nüfusunun təsbit edilməsində böyük əməyi olmuşdur.Dr.Rıza Demirci İraqda meşə salınması sahəsindəki inkişaflarına da böyük köməyi olmuşdur. Bununla yanaşı milli şüuru yüksək, sadəlövh, yardımsevər, işinə bağlı və cəsur bir xarakterə sahib idi.
1979-cu ilin mart ayında digər dostları ilə birlikdə həbs olunub edam edilmişdir. Ancaq bu günə qədər meyidi təslim edilməmiş, 1989cu ildə ailəsinə sadəcə öldüyü bildirilmişdir. Ağır işgəncələrlə can verdiyi üçün Rıza Demirci’nin aqibəti haqqında uzun illər məlumat olmadı. Ancaq 1998-ci ildə ailəsinə göndərilən bir yazıda Rıza Demircinin edam olunduğu bildirilmiş, “Onu bir daha axtarmayın” deyilmişdi. Məzarı da tapılmadı. Türk xalqının sevdiyi və dəyərli şəxsiyyətlərinin haqsız yerə edam edilmələri, İraq Türkləri arasında böyük etirazlara və nifrətə yol açdı. Tək məqsədləri, ölkədə insan kimi yaşamaq istəyi olan Türk xalqı ən təbii haqqını müdafiə edən bu liderlərin edamları, Türk xalqını rejimə qarşı küsdürdü.
Dar ağaclarına qürur yeridi. İnsan boynuna ip keçirdilər və Türkü edam etdilər. Tarix 16 yanvar 1980-ci il. Türkmənin sinəsinə şərəfsizcə soxulan kirli xəncər, zalım İraq rejimi tərəfindən, insan haqqlarına zidd işgəncələrə məruz qaldılar. Mühakimə adı altında təhqirlərə məruz qaldılar və öpüləsi boyunlara ipi keçirdilər.
Şəmsəddin Kuzəçi
www.yenicag.az