Binəqədidə un məmulatlarının emalı müəssisəsində yoxlama keçirildi

media-hightechnic-468x90

Bakı şəhəri, Binəqədi rayonu, G.Ramazanov küçəsində yerləşən, fiziki şəxs Şahnaz Nurəddin qızı Vəliyevaya məxsus un məmulatlarının emalı müəssisəsində yoxlama keçirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal sahəsində divar, döşəmə və tavan səthlərinin tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan işçi masanın dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisədə emal prosesi dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa