"Twitter"in yeni rəhbəri hansı dəyişiklikləri edəcək? - ÖZÜ AÇIQLADI

media-hightechnic-468x90

Bildiyimiz kimi, “Twitter” sosial şəbəkə platformasının yeni rəhbəri Linda Yakkarinodur. O, İlon Maskdan vəzifəsini aldıqdan sonra platforma üçün edəcəyi dəyişikliklər barədə jurnalistlərə açıqlama verib.

Yenicag.az xəbər verir ki, Linda şirkət üçün əlindən gələni edəcəyini bildirib:

“Twitter 2.0″ dünyanın ən dəqiq və real məlumat mənbəyi olacaq. Missiyam budur. Maskın bəzi strategiyalarını dəyişəcəm”.

Həmçinin L. Yakkarino konfidensiallığa da önəm verəcəyini qeyd edib. Bundan əlavə, Lindanın planları arasında digər texnologiya şirkətləri ilə də əməkdaşlıq imzalamaq var.

Qeyd edək ki, İlon Mask ötən il “Twitter”i 44 milyard dollara almışdı. Amma “Tesla” və “SpaceX” şirkətlərinə də rəhbərlik etdiyi üçün sosial şəbəkə platforması ona əlavə yük idi.

Şahanə

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600