Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Üç dərman şirkəti birləşdi - "Zəfəran" Şəbəkəsinin sahibi ləğv edildi

Yenicag.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, “Shafran” MMC və “Avestafarm” MMC-nin fəaliyyətinə xitam verilərək “Azəri Med” MMC-yə qoşulublar.

Elanda deyilir ki, “”Azəri Med” MMC, “Shafran” MMC və “Avestafarm” MMC-nin fəaliyyətinə xitam verilərək ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir”.

Qeyd edək ki, “Azəri Med” şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur.
“Shafran” MMC isə məşhur “Zəfəran” apteklər şəbəkəsinin sahibi – hüquqi təmsilçisidir.
“Avestafarm” MMC dərman pərakəndə satışı ilə (apteklər və əczaçılıq) məşğul olub.

Mətbuat dəfələrlə “Zəfəran” Apteklər Şəbəkəsinin səhiyyə nazirinin müavini Elsevər Ağayevə məxsus olduğunu yazıb.

www.yenicag.az

5699