!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Üçtərəfli anlaşma çərçivəsində Türkiyə ilə əlaqədar əlavə sənədlər ortaya qoyulacaq” - Yusif Bağırzadə

!Reklam – Yazi

“Razılaşmadakı müsbət hallardan biri Naxçıvana quru yolunun açılmasıdır”.

Bunu Azərbaycan, Rusiya və Ermənistan tərəfindən imzalanan anlaşmanın Dağlıq Qarabağ münaqişəsinin tam həllinə təsirlərini dəyərləndirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə vurğulayıb ki, üçtərəfli razılaşmada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirak etməməsi arzuolunan idi:

“Digər tərəfdən, razılaşmada Dağlıq Qarabağın statusundan söhbət getmir. Yəni məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunur. Prezident İlham Əliyev axırıncı çıxışında qeyd etdi ki, biz istəsək, Dağlıq Qarabağda yaşayan ermənilərə bələdiyyəyə uyğun bir status verə bilərik.

Azərbaycan vətəndaşı olan ermənilərin ərazilərimizdə yaşamağına təminat verilə bilər. Onlar gələcəkdə Azərbaycan vətəndaşı kimi hüquqlardan istifadə edə biləcəklər. Bu, insan hüquqları nöqteyi-nəzərindən müsbət haldır. Çünki Azərbaycan müharibənin gedişatında hər zaman beynəlxalq hüquqa istinad edib”.

Politoloq hesab edir ki, Rusiyanın Azərbaycan sərhədlərinə sülhməramlı qüvvələr yerləşdirməsi isə Laçın dəhlizinin 5 kilometrlik hissəsini əhatə edəcək. Lakin yeni yol açılandan sonra bu marşrut dəyişilə bilər:

“Razılaşmadakı müsbət hallardan biri Naxçıvana quru yolunun açılmasıdır. Tərəflər bu məsələ ilə bağlı öhdəlik götürüblər. Çox güman ki, yaxın zamanlarda Türkiyə ilə əlaqədar əlavə sənədlər də ortaya qoyulacaq. Mövcud vəziyyətdə isə düşmən işğalında olan bütün ərazilərimiz artıq Azərbaycanın nəzarətindədir.

Bu, eyni zamanda, Azərbaycanın və türk dünyasının hərbi qələbəsidir. Mühüm məqam odur ki, üçtərəfli razlaşma fonunda bu gün başqa dövlətlər regiona girə bilmir. Bugünkü format böyük qələbədir”.

Gülşən Şərif

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv