Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Üçtərəfli görüşün mümkün NƏTİCƏSİ: "Yekun sülh müqaviləsi..." - ŞƏRH

Reklam: Sinerji Pro

“Kremldə baş tutacaq üçtərəfli görüşün nəticəsi bizdə yekun sülh müqaviləsi ilə bağlı ümumi fikir formalaşdıra bilər”.

Bu sözləri noyabr ayında Kremldə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında nəzərdə tutulan üçtərəfli görüşü dəyərləndirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, görüşün keçiriləcəyi vaxt məsələsində prezident İlham Əliyevin istəyi nəzərə alınıb:

“İlham Əliyevin üçtərəfli görüşün məhz noyabrın ilk on günlüyündə keçirilməsini istəməsi heç də təsadüfi deyil. Birincisi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi üçün Füzuliyə, prezident İlham Əliyev isə noyabrın 12-də Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü üçün İstanbula səfər edəcək. İlham Əliyevin üçtərəfli görüşün bu iki görüş aralığında, yəni noyabrın ilk on günlüyündə keçirilməsini istəməsi onun əlini qüvvətləndirəcək.

İkincisi, “RİA Novosti”nin verdiyi məlumata görə, görüş noyabrın 8-i və ya 9-da keçiriləcək. “RİA Novosti” Rusiya hakimiyyətinə bağlı informasiya agentliyidir. Bu baxımdan, liderlərin qeyd olunan tarixdə görüşəcəyi ehtimalı yüksəkdir. Bu isə İkinci Qarabağ müharibəsinin bitməsinin bir ilinin tamamına təsadüf edir. Lakin indiki halda düşünmürəm ki, Kremldə keçiriləcək üçtərəfli görüşdə yekun sülh müqaviləsi imzalansın. Sadəcə olaraq bu görüşün nəticəsi bizdə yekun sülh müqaviləsi ilə bağlı ümumi fikir formalaşdıra bilər.

Ümumilikdə, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyasına dair razılıq əldə olunsa və bölgədə nəqliyyat kommunikasiyaları açılsa, bunu yekun sülh müqaviləsi üçün ciddi bir addım hesab etmək olar. Prinsip etibarilə növbəti bir görüşdə tərəflər bir-birinin ərazi bütövlüyünü tanıya bilər”.

Gülşən Şərif

www.yenicag.az

244
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100