"Üçüncü dünya müharibəsi elan edildi" - Roma Papası

media-hightechnic-468x90

Dünyada üçüncü dünya müharibəsi elan edildi. 

Yenicag.az xəbər verir ki, bu fikri iyunun 14-də Roma Papası Fransisk deyib.

“Bir neçə il əvvəl ağlıma gəldi ki, biz üçüncü dünya müharibəsini hissə-hissə yaşayırıq. Bu gün inanıram ki, üçüncü dünya müharibəsi elan edilib”, – Papa bildirib.

Həmçinin Roma Katolik Kilsəsinin rəhbəri xatırladıb ki, Ukrayna ilə yanaşı, digər ölkələrdə də münaqişələr davam edir: “Müharibənin hələ də davam etdiyi və heç kimin vecinə olmadığı Afrikanın bəzi hissələrini, Nigeriyanın şimalını, Konqonun şimalını düşünün. 25 il əvvəl Ruanda. Myanma və Rohincaları götürək. Dünya müharibədədir”, – deyə Fransisk əlavə edib./Unikal/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600