Üçüncü ölkələrlə yeni dialoq imkanları açılır - Türkiyəli siyasi şərhçi

media-hightechnic-468x90

“Bölgədə və dünyada artan təhlükəsizlik təhdidləri fonunda TDT üzvü ölkələrin bir güc kimi çıxış etməsi və vahid mövqedən danışması, yalnız milli maraqların deyil, ümumtürk maraqlarının da qorunmasına xidmət edir”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyəli siyasi şərhçi Fatih Fuat Tuncer deyib.

O, Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısının əhəmiyyətindən danışaraq bildirib ki, bu görüş Türk dünyasının həmrəyliyini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi:

“Zirvə, iştirakçı ölkələrin ortaq dəyərlər, mədəni köklər və geosiyasi maraqlar əsasında əməkdaşlığını daha da dərinləşdirməsi baxımından tarixi əhəmiyyət daşıyır. Türk dünyasının liderləri “dildə, fikirdə, işdə birlik” şüarı altında bir araya gələrək qarşılıqlı hörmət, dəstək və həmrəylik ruhunu bir daha təsdiqləyib. Təşkilatın gələcək hədəfləri və əməkdaşlıq mexanizmləri ətrafında aparılan müzakirələr, Türk xalqları arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.

Türk Dövlətləri Təşkilatı artıq yalnız əməkdaşlıq platforması deyil, eyni zamanda bölgədə sabitlik və təhlükəsizliyin təmin olunmasında fəal rol oynayan güclü və oturuşmuş bir institusional quruma çevrilməkdədir. Zirvə bu baxımdan TDT-nin regional və qlobal miqyasda geosiyasi mərkəzə çevrilmək niyyətini ortaya qoydu.

Qəbələ Zirvəsində qəbul edilən sənədlər arasında TDT+ Formatının yaradılmasına dair qərar xüsusi əhəmiyyət daşıyır. Bu formatla üçüncü tərəf ölkələrlə – o cümlədən Kosovo, Bolqarıstan, Çin, Rusiya, İraq və Suriya kimi dövlətlərlə – yeni dialoq imkanları açılır. Bu təşəbbüs həmin ölkələrdə yaşayan türklərin hüquqlarının müdafiəsi və mədəni irsinin qorunmasına da töhfə verəcək. Bundan əlavə, ortaq kimlik və mədəni bağların möhkəmləndirilməsi istiqamətində ortaq əlifba məsələsində ilk praktik addımlar atılıb”.

media-media-2417-vt5xy2-203x300

.Fatih Fuat Tuncer qeyd edib ki, Şimali Kipr Türk Respublikasının zirvədə müşahidəçi qismində iştirakı Türk dünyasının Kipr türklərini tək qoymadığını göstərən önəmli mesaj oldu:

“Bu addım, Kipr məsələsində beynəlxalq arenada Türk dünyasının bir mövqedən çıxış etməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan gərginliklər və artan münaqişələr fonunda Türk dövlətləri arasında birliyin və koordinasiyanın artırılması zəruri və qaçılmazdır.

Zirvə iştirakçıları, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) bir çox qlobal məsələlərə laqeyd münasibətini tənqid edərək, TDT-nin bu kimi hallarda qətiyyətli və ortaq mövqe nümayiş etdirməsinin vacibliyini vurğuladı. Həmçinin, BMT Baş Assambleyasındakı səsvermələrdə Türk dövlətlərinin koordinasiyalı şəkildə çıxış etməsi beynəlxalq aləmdə daha təsirli olmağa şərait yaradacaqdır”.

Onun sözlərinə görə, bölgədə və dünyada artan təhlükəsizlik təhdidləri fonunda TDT üzvü ölkələrin bir güc kimi çıxış etməsi və vahid mövqedən danışması, yalnız milli maraqların deyil, ümumtürk maraqlarının da qorunmasına xidmət edir:

“Bu həm də TDT-nin beynəlxalq aləmdə etibarlı və söz sahibi olan quruma çevrilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Zirvədə xüsusilə Qəzzadə yaşanan faciələrə diqqət çəkilmiş, beynəlxalq sistemin bu kimi hallarda ədalət istehsal etmədiyi açıq şəkildə ifadə olunmuşdur. Türk dövlətlərinin daimi atəşkəsin təmin olunması, humanitar yardımın çatdırılması və iki dövlətli həll istiqamətində birgə səyləri gücləndirməsi zəruri hesab olunur”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa