UEFA-dan "Qarabağ" paylaşımı - FOTO

media-hightechnic-468x90

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə “Qarabağ” klubu haqqında paylaşım edib.

Yenicag.az xəbər verir ki, postda “Qarabağ” üçün oynayan sevdiyiniz futbolçu kimdir” sualı ünvanlanıb.

Sorğuda iştirak edənlərin əksəriyyəti Abdullah Zubiri fərqləndirib. Bundan əlavə, şərhlərdə komandanın sabiq oyunçularının adları da yazılıb.

Qeyd edək ki, H qrupunu ikinci pillədə başa vurmuş “Qarabağ” pley-off mərhələsində Fransa “Marsel”inə rəqib olub. “Köhlən atlar” ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600