UEFA reytinqi: Azərbaycanın xalı artdı, mövqeyi dəyişmədi

media-hightechnic-468x90

Çempionlar Liqası və Konfrans Liqasında dünən baş tutan matçlardan sonra yeni UEFA reytinqi açıqlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Azərbaycanın xal hesabı artıb.

“Sabah” ilk dəfə ölkəmizə xal qazandırıb. Avrokuboklarda debüt edən Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-ni səfərdə 0:2 hesabı ilə məğlub etməklə buna nail olub. Qələbə sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub. Beləliklə, cari mövsümdəki xallarımızın ümumi sayı 0,750-yə çatıb.

“Qarabağ” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3), xal qazandıra bilməyib.

Azərbaycanın son 5 mövsümdəki ümumi xallarının sayı 15,000 olub və ölkəmiz 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.

Siyahıya 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71,569) üçüncüdür.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05