UEFA Türkiyə və Gürcüstan millilərini cərimələdi

media-hightechnic-468x90

UEFA Gürcüstan və Türkiyə futbol federasiyalarını Dortmund stadionunda azarkeşləri arasında davaya görə cərimələyib.

Yenicag.az xəbər verir ki, Gürcüstan 30 min avro, Türkiyə 25 min avro cərimələnib.

Xatırladaq ki, iyunun 18-də keçirilən görüş Türkiyə yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Dava oyun başlamazdan əvvəl stadionun tribunalarında baş verib.

Digər qərara görə, Portuqaliyanın Çexiya və Türkiyə ilə oyunları zamanı azarkeşlər Ronaldo ilə şəkil çəkdirmək üçün meydançaya soxulub, meydançanın təhlükəsizliyini təmin etmədiyi üçün Almaniya 20 min avro cərimələnib.

Avropa çempionatının qrup mərhələsində yalnız İspaniya və Slovakiya federasiyanın cəriməsindən yayınıb və bütün digər federasiyaların cərimələri birlikdə 1,3 milyon avroya çatıb./unikal

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa