Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Uğurumuzu özümüz yazaq” - “Balance Club” 1 yaşını qeyd etdi - VİDEO/FOTOLAR

Bakı Qafqaz Sport oteldə antistress layihəsinin təqdimat mərasimi və “Balance Club”un 1 yaşı qeyd olunub.

Yenicag.az xəbər verir ki, “Balance Club” tanınmış jurnalist və aparıcı Arzu Umut və tanınmış psixoloq Şərafət Şirinli tərəfindən ərsəyə gətirilib.

Şərafət Şirinli qadınların asudə vaxtlarını daha səmərəli keçirməsi üçün yaradılan “Balance Club”un fəaliyyət proqramının çoxşaxəli olduğunu bildirib.

O, antistress layihəsinin həyata keçirilməsində əsas məqsədin qadınların şəxsi inkişafına dəstək vermək olduğunu deyib:

“Ayda bir dəfə yığışırıq. Burada müxtəlif mövzular müzakirə olunur. Sağlam qidalanma, gözəllik, uşaq tərbiyəsi ilə bağlı treninqlər keçirilir. Bir yaşımıza həsr olunan parti “Uğurumuzu özümüz yazaq” adlanır. “Balance Club”u yaratmaqda məqsədimiz budur ki, qadınlar klubumuzda həm istirahət etsin, vaxtını daha səmərəli dəyərləndirsin, həm də bilik və bacarıqlarını inkişaf etdirsin. Burada biz həmçinin xanımlarımızın fiziki sağlamlığı, mənəvi rahatlığını təmin edirik. Qadın elə bir varlıqdır ki, əgər o sağlamdırsa, bütün ailə sağlamdır, qadın xoşbəxtdirsə, bütün ailə xoşbəxtdir”.

Arzu Umud isə qeyd edib ki, klubda xanımların xəyallarını reallaşdırması üçün bütün imkanlar yaradılıb:

“Bütün dünyada xanımların bir yerə toplaşacağı, vaxtlarını bərabər, səmərəli keçirəcəyi klublar var. Təəssüf ki, Azərbaycanda belə məkanlar yoxdur. Biz bu imkanı xanımlara yaratdıq. Məqsədimiz odur ki, xanımlarımız ayda ən azı iki dəfə gündəlik həyatın gərginliyini bir kənara qoyaraq, “Kaş ki bunu da edə biləydim” dediklərini reallaşdıra bilsinlər”.

Qeyd edək ki, “Balance Club” bütün yaş kateqoriyalarından olan xanımlarla görüşlər keçirir, müxtəlif sahələr üzrə treninqlər və təlimlər təşkil edir.

Cəvahir

Loading...

www.yenicag.az

4709
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100