Böyük Brtitaniyanın “The Times” nəşri Ukraynanın nüvə silahı hazırlaya biləcəyi barədə məlumat yayıb.
Yenicag.az xəbər verir ki, nəşrin yazdığına görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynaya silah yardımını dayandırarsa, rəsmi Kiyev bir neçə ay ərzində atom bombası hazırlaya bilər.
“The Times” qeyd edir ki, Ukrayna bu silahı ABŞ-ın 1945-ci ildə Yaponiyanın Naqasaki şəhərinə atdığı “Fat Man” bombası kimi qısa müddətdə plutoniumdan hazırlamağı planlaşdırır.
Nəşr bu iddiaları yayarkən Ukrayna Müdafiə Nazirliyi üçün hazırlanan hesabata istinad edib. Həmin sənəddə qeyd edilir ki, 80 ildən sonra ABŞ-ın Manhette Layihəsi çərçivəsində hazırladığı “Fat Man” bombası kimi bomba hazırlamaq heç də çətin deyil.
Hesabatda daha sonra qeyd edilir ki, bu bomba Rusiyanın hərbi-sənaye və logistika obyektlərini məhv etmək üçün kifayət edə bilər.
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) isə bu iddiaları təkzib edib. XİN-nin açıqlamasında bildirilir ki, Ukrayna nüvə silahının yayılmaması haqqında müqaviləyə sadiqdir.
“Biz nüvə sliahına malik deyilik. Ukrayna MAQATE ilə sıx əməkdaşlıq edir. Ölkəmiz MAQATE-nin monitorinqi açıqdır”, deyə Ukrayna XİN-nin Georgi Tixi bildirib./Qaynarinfo
www.yenicag.az