Ukrayna hava məkanının müdafiəsi üçün xüsusi alay yaradır

media-hightechnic-468x90

Ukraynanın daxili işlər naziri İqor Klimenko Milli Qvardiyanın strukturunda hücum, pilotsuz uçuş aparatları (PUA) və hava məkanının mühafizəsi alaylarının yaradılmasını nəzərdə tutan sərəncam imzalayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə o, “Teleqram” hesabında məlumat verib.

Nazir qeyd edib ki, müasir döyüş şəraitinə uyğun olaraq Milli Qvardiyanın korpusu daxilində ixtisaslaşmış bölmələrin yaradılması vacibdir:

“Mən bu gün Ukrayna Milli Qvardiyasının korpusu çərçivəsində PUA, zərbə (hücum) alaylarının və hava məkanını qoruyan xüsusi alayın formalaşdırılması ilə bağlı əmri təsdiqlədim”.

Xatırladaq ki, martın 5-də Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Ərazi Müdafiə Qüvvələrinin tərkibinə iriçaplı artilleriya sistemləri ilə yanaşı zenit-raket bölmələrinin də əlavə olunduğunu bildirmişdi./Oxu/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05