Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ukrayna kilsəsi Rusiyadan rəsmən azad edildi - Varfolomey yeni savaşın təməlini atdı - FOTOLAR

Dünya provaslav xristianlarının dini rəhbəri Patriarx Varfolomey, rəsmi olaraq Ukrayna kilsəsini Rusiyadan azad edib. Ukrayna rəsmiləri bu tarixi hadisənin, ölkənin təhlükəsizliyi üçün əhəmiyyətli olduğunu hesab edirlər.

Kilsənin Rusiyadan sərbəst buraxılması haqda sərəncam, Ukrayna Mitropoliti Yepifaniy və Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə İstanbulda Giorgi kilsəsində dünya Patriarxı tərəfindən imzalanıb.

Dünyada 300 milyon xristianın lideri sayılan Patriarx Varfolomey yeni kilsə haqqında xahişi hələ 2018-ci ilin oktyabr ayında təsdiq etmişdi.

Poroşenko bu hadisəni 1991-ci ildə Ukraynanın Sovet İttifaqından ayrılması üçün keçirilən referendumla müqayisə edib.

Bu addım öz növbəsində Moskvanın narazılığına səbəb olub. Vladimir Putin illik mətbuat konfransında bu dəyişikliyin yeni qanlı münaqişələrə səbəb olacağını deyib.

Rusiya və Ukrayna arasındakı diplomatik münasibətlər 2014-cü ildə Moskvanın Krımı ələ keçirilməsi ilə başlayıb. Ukrayna Kerç boğazındakı gəmilərinin Rusiya tərəfindən ələ keçirilməsindən sonra ölkədə hərbi vəziyyət elan edib.

Ukrayna provaslav kilsəsi yüz illərlə Moskvanın tabeliyi altında olub. Məhz bu səbəbdən Ukrayna hesab edir ki, Rusiya müdaxiləsi ilə mübarizədə kilsənin azad olması çox mühüm rol oynayır.

www.yenicag.az

9004