!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Kurskda GERİ ÇƏKİLİR: “Ordu ruhdan düşmüş vəziyyətdədir”

!Reklam – Yazi

“Ukrayna prezidenti Volodimir Zelenski Kursk üzərində nəzarət əldə etməyin Moskvanı müharibəni dayandırmağa məcbur edəcəyinə ümid edirdi”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi fonunda ələ keçirilən Kurskun itirilməsinin Kiyevə mənfi təsiri barədə təhlil aparan “Associated Press” nəşri yazıb.

Nəşrin təhlilinə görə, Ukrayna qoşunları Kurskda Rusiyaya qarşı çətinliklə qazandıqları torpaqları itirmək riski ilə üzləşirlər:

“Kurskda məğlubiyyət riski ilə üzləşən Ukrayna qoşunları ruhdan düşmüş vəziyyətdədir. Döyüşlər o qədər şiddətlidir ki, bəzi Ukrayna komandirləri ölü əsgərləri təxliyə etməkdə çətinlik çəkirlər. Rabitə gecikmələri və vaxtında müəyyən edilməyən taktika dəyişiklikləri kütləvi ölümə səbəb olub”.

Bildirilir ki, Rusiya müttəfiqi Şimali Koreyanın da daxil olmaqla bölgəyə 50 mindən çox əsgərini yerləşdirib:

“Rəqəmləri dəqiq müəyyən etmək çətin olsa da, Moskvanın əks-hücumları minlərlə insanın ölümünə və yaralanmasına səbəb olub. Ukrayna qoşunları isə avqustda ələ keçirdikləri 984 kvadrat kilometr olan Kursk ərazisinin 40%-dən çoxunu artıq itiriblər. Hazırda isə mühüm logistik marşrutları itirmək təhlükəsi ilə qarşı-qarşıyadırlar. Qeyd etmək lazımdır ki, Ukrayna Prezidenti Volodimir Zelenski Kursk üzərində nəzarət əldə etməyin Moskvanı müharibəni dayandırmağa məcbur edəcəyinə ümid etmişdi”.

Nəsimi Ələsgərli

www.yenicag.az

100
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv