Ukrayna limanından ərzaqla dolu növbəti gəmi yola düşdü
Ukrayna limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar ərzaqla dolu 9 gəmi qalsa da, bu gün onlardan yalnız biri yola düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin “Twitter” səhifəsində məlumat verilib.
“Regionda əlverişsiz hava şəraiti ilə əlaqədar Ukrayna limanlarında 9 gəmi yola düşməyi gözləsə də, cəmi 1 gəmi limandan ayrılıb”, – deyə məlumatda qeyd edilib.