!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna məğlubiyyətə uğradılır: “Bu adda dövlət olmayacaq” – Müharibədə Çin FAKTORU

!Reklam – Yazi

“Vaşinqtonun Kiyev üçün 2 il ərzində etdiyi yardımları hesablasaq, 67 milyard dolları keçməz”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin üstünlük əldə etməsinin gələcək proseslərə təsirindən danışan politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Rusiya və ABŞ arasında gizli razılaşma olduğu görünür. Çünki Avropa İttifaqı dünya bazarından ABŞ-ni sıxışdırıb çıxarmağa çalışırdı.

“Nəticə etibarilə Avropanı həm qorxutmaq, həm də iqtisadi cəhətdən çökdürmək lazım idi. Maraqlı sual yaranır, necə olur ki, sanksiyalar tətbiq edən ABŞ-yə Rusiyadan idxal artıb? Görünür ABŞ bu sanksiyaları Avropa üçün qoyub.

Vaşinqtonun Kiyev üçün 2 il ərzində etdiyi yardımları hesablasaq, 67 milyard dolları keçməz. Ancaq beynəlxalq bank qanunlarının pozulması və dondurulan Rusiya aktivlərinin hesabına 800 milyard dollara yaxın gəliri olub. ABŞ bu mövzuda Rusiya ilə əməkdaşlıq etdi. Yəni Rusiya Prezidenti Vladimir Putin oliqarx alternativlərini aradan götürmək üçün pullarını əllərindən aldı.

Ukrayna Prezidenti Volodimir Zelenski oyuncaq rejimin başçısıdır, onun hakimiyyətdən xəbəri yoxdur. Gələcəyə baxdıqda Ukraynanın parçalanacağı aydın görünür. Müharibənin ilin axırına qədər davam edəcəyi qaçılmazdır. Rusiya Xarkovu da ələ keçirməyə çalışır. Əlavə olaraq, Çin faktoruna görə ABŞ heç vaxt Rusiyanın məğlub olmasını istəməz. Bu səbəbdən Putinin mövqeyinin möhkəmləndirilməsi üçün Ukrayna məğlubiyyətə uğradılır. Zelenski də nə tapşırıq verilsə, onu icra edir. Ukrayna dağıldı, artıq belə adda dövlət olmayacaq”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv