“Ukrayna Rusiyanın dərinliklərinə taktiki raket kompleksləri ilə zərbə endirməyə başlasa, hədəf Zelenskinin administrasiyası, Kiyevdə yerləşən bütün strateji obyektlər olacaq”.
Bu fikri Yenicag.az-a açıqlamasında Ukraynaya Qərb ölkələrinin Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsini dəyərləndirən hərbi ekspert Ramil Məmmədli səsləndirib.
Ramil Məmmədli bildirib ki, Ukrayna Rusiyanın dərinliklərini vurmağa başlasa, müharibənin miqyası böyüyəcək.
“Rusiya-Ukrayna müharibəsini bir neçə mərhələyə bölə bilərik. Birinci mərhələ Rusiyanın Ukraynaya məcbur edilməsidir. İkincisi, iri yaşayış məntəqələri istiqamətində hərbi əməliyyatlar aparmaqdır. Çünki ikinci mərhələdə Donetsk və Luqansk şəhərlərinin ətrafını təmizləmə nəzərdə tutulurdu. Üçüncü mərhələ isə hərbi əməliyyatlar tam müharibə fazasına keçid mərhələsindədir”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, Qərbdən səsləndirilən fikirlərə görə, Ukrayna tərəfindən də istənilənlən silahlarla Rusiyanın dərinliklərindəki yaşayış məntəqələrini, strateji obyektləri vurmaq olar:
“Baş verənlər Rusiyanın total müharibə elan etməyi ilə nəticəlnə bilər ki, bu isə Ukraynanın darmadğın edilməsi demək olacaq.
Hərbi texnologiyalardan anlayışı olan şəxslər bilir ki, Ukrayna Rusiyanın dərinliklərinə taktiki raket kompleksləri ilə zərbə endirməyə başlasa, adekvat addım Rusiya rəsmilərinin də dediyi kimi, Zelenskinin administrasiyası, Kiyevdə yerləşən bütün strateji obyektlər olacaq.
Ukrayna Rusiyanın dərinliklərini hədəfə alsa, bu müharibənin gedişinə ciddi təsir edəcək, hərbi əməliyyatların miqyası artacaq. Bundan əlavə, istifadə olunun silahlar dəyişəcək. Rusiya strateji raketlərdən istifadə edəcək”.
Səxavət Məmməd
www.yenicag.az