!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna müharibəsində yeni cəbhə RİSKİ: “Rusiya döyüşlərin arealını genişləndirə bilər”

!Reklam – Yazi

“ABŞ-nin Baltikaynı ölkələr üzərində kəşfiyyat müşahidələrini artırması region dövlətlərinin öz müdafiələrinin gücləndirilməsi istiqamətində addım atmağa sövq etməklə yanaşı, eyni zamanda, Rusiya-Ukrayna müharibəsində yeni bir müdaxiləni nəzərdə tutur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Siyasi ekspert Qərb nəşrləri tərəfindən Rusiyanın Ukrayna müharibəsi kontekstində Baltikyanı ölkərdə yeni cəbhə açması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Məsələni şərh edən Ə. İbrahimov söyləyib ki, bu gün Rusiya-Ukrayna müharibəsində ikincinin vəziyyəti heç də yaxşı təsvir olunmur:

“Ona görə də Vaşinqton Baltikyanı dövlətlərdən tələb edir ki, Ukraynaya yardımlarını artırsınlar. Çünki Rusiya Ukraynadan sonra cəbhəni genişləndirib müharibənin arealını böyüdə bilər.

Fikrimcə, bu, həm preventiv tədbirlər kimi nəzərdə tutula, həm də Rusiya ilə həmsərhəd olan Avropa dövlətlərinin Ukraynanı daha ciddi şəkildə dəstəkləməsinə şərait yarada bilər. Yəni ABŞ Baltikyanı ölkələr arasında ajiotaj yaratmaq, habelə Rusiyanın həmin bölgəyə hücumunun gözlənildiyini bildirməklə sanki region ölkələrinin Ukraynaya yardımlarının daha artırılmasını istəyir”.

Mütəxəssis düşünür ki, indiki halda, Rusiya Ukraynadan əlavə yeni bir cəbhənin açılmasında maraqlı deyil:

“Doğrudur, Ukraynanın vəziyyəti heç yaxşı deyil, amma bu, o demək də deyil ki, Rusiyanın durumu əladır. Çünki, əgər Ukrayna bir cəbhədə Rusiya ilə vuruşursa, Rusiya ondan fərqli olaraq, bir neçə cəbhədə – Qərb, NATO, Qərbin sanksiyaları ilə mübarizə aparır.

Hesab edirəm ki, Ukrayna nə vaxtsa, məğlub olarsa, yaxud bu və ya digər formada tərəflər arasında razılıq əldə olunarsa, məhz bundan sonra Rusiya Baltikyanı dövlətlər haqqında müəyyən düşüncələrə malik ola, habelə onların Ukrayna müharibəsində Rusiyaya vurduqları ziyanın əvəzini çıxmaq haqqında düşünə bilər. Lakin bütün bunlar baxmayaraq, əgər Birləşmiş Ştatlar hazırlıq görürsə, bu, eyni zamanda, Baltikyanı dövlətlərdən öz təhlükəsizliklərini gücləndirmək üçün müəyyən silahların alınmasının təşviqinə gətirib çıxara bilər. Hansı ki, ABŞ bunu çox istəyir”.

Rafi Müslümov

COP29

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv