!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna müharibəsində yeni PROSES: ABŞ silahlarından Rusiya ərazisinə zərbə endirilə bilər

!Reklam – Yazi

Ağ Evdə Ukraynanın Rusiya ərazisinə Amerika silahlarından zərbə endirməsinə icazə verilməsi ilə bağlı müzakirələr gedir.

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, Amerikanın Ukraynaya ilk tədarükündən bəri prezident Bayden heç vaxt bir qadağadan – Amerika silahlarının Rusiya ərazisində istifadəsindən kənara çıxmayıb.

“Lakin bu siyasət ətrafında konsensus dağılır. Hazırda Prezident Administrasiyasında Dövlət Departamentinin təşəbbüsü ilə qadağanın yumşaldılması ilə bağlı fəal müzakirələr gedir. Söhbət ukraynalılara Rusiya ərazisində sərhədin o tayında yerləşən raket və artilleriya qurğularını vurmağa icazə verilməsindən gedir. Ukrayna lideri Volodimir Zelenskinin sözlərinə görə, Moskvanın son ərazi irəliləyişində uğurlarına təkan verən hədəflər bunlardır”, – deyə qeyd edilir.

KİV-in məlumatına görə, dövlət katibi Antoni Blinkenin ötən həftə Kiyevə səfərindən sonra səsləndirdiyi təklif hələ də formalaşma mərhələsindədir və Baydenin yaxın çevrəsindəki həmkarlarından neçəsinin dəyişikliyi dəstəklədiyi bəlli deyil.

“Rəsmilər ənənəvi olaraq, ən ehtiyatlı davranan prezidentə təklifin hələ rəsmi şəkildə təqdim edilmədiyini bildiriblər. Müzakirədə iştirak edən rəsmilər ABŞ dövlət katibinin mövqeyinin rusların dağıdıcı nəticələrlə yekunlaşan yeni cəbhə açması səbəbindən dəyişdiyini bildiriblər. Ukraynalıların cavab olaraq ancaq ABŞ-a aid olmayan pilotsuz təyyarələrdən və digər oxşar silahlardan istifadə edə biləcəklərini bilən rus qoşunları silahları birbaşa sərhədin yaxınlığında yerləşdirərək Xarkovu nişan alırlar”, nəşr yazıb.

Qəzetin analitiklərinin fikrincə, hazırda ABŞ-a Ukraynaya Rusiya hərbi obyektlərinə hücum etməkdə kömək etmək üçün artan təzyiqlər var, hətta Vaşinqton Amerikanın təchiz etdiyi silahlardan istifadə edərək neftayırma zavodlarına və digər Rusiya infrastrukturlarına hücumlara qadağanı qoruyub saxlamaq istəyir.

“Hərbi strategiyada adətən Vaşinqtonla ayaqlaşan Britaniya öz məhdudiyyətlərini sakitcə aradan qaldırıb ki, onun “Storm Shadow” qanadlı raketləri Rusiyaya hücum etmək üçün daha geniş istifadə oluna bilsin”.

Rafi Müslümov

www.yenicag.az

146
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv