ABŞ-nin Ukraynada davam edən müharibəsini onilliklər müddətinə “dondurmağı” nəzərdən keçirdiyi bildirilir.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə “Politico” nəşrinin analizində qeyd olunub.
Müəlllif Vaşinqtondakı mənbələrinə istinadən yazır ki, ABŞ Koreyanın bölünməsi nümunəsində Rusiya-Ukrayna müharibəsinin uzun müddətə “dondurmaq” variantını nəzərdən keçirir.
İddiaya əsasən, artıq Ağ Evdə və ABŞ-nin başqa hakimiyyət strukturlarında Rusiya ilə Ukraynanın razılıq verə biləcəyi müvafiq planla əlaqədar ilkin müzakirələr də aparılıb:
“Moskva ilə Kiyevin nə vaxtsa öz məğlubiyyətlərini etiraf etməyəcəkləri nəzərə alınsa, bu ssenari qarşıdakı uzun müddət üçün kifayət qədər real görünür.
ABŞ administrasiyasının Ukraynanın əks-hücum kampaniyasına Rusiyaya öldürücü zərbə vura bilməyəcəyi düşüncəsi fonunda bu planın qəbul edilmə ehtimalı artır”.
www.yenicag.az