!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Xersonda irəliləyir

!Reklam – Yazi

Ölkənin cənubunda və şərqində irəliləməyə davam edən Ukrayna ordusu Xersonda Rusiyanın müdafiə xəttini yarıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna qoşunları Xerson vilayətində bəzi yaşayış məntəqələrinə nəzarəti bərpa edib.

Rusiya tərəfindən bölgəyə məsul şəxs kimi təyin edilmiş Vladimir Saldo məsələ ilə bağlı açıqlama verib. O baş verənləri aşağıdakı kimi şərh edib:

“Dnepr çayının qərb sahilində Dudçanı adlı yaşayış məntəqəsi var. Orada müdafiə xətləri pozulub və Ukrayna qoşunları tərəfindən ələ keçirilən ərazilər var”.

Ukrayna ordusunun Dudçanıya doğru irəliləmələri göstərir ki, Ukrayna qoşunları bir gündə 40 km cənubda cəbhə xəttini yarıblar və bu, müharibə başlayandan bəri bəlkə də ən sürətli irəliləyiş olub.

Ukrayna ordusu Rusiyanın Donetsk vilayətinin şimalında qala kimi qoruduğu Liman şəhərini cümə günü geri alıb və dünən şəhərə tam nəzarəti ələ aldığını rəsmən açıqlayıb.

Liman şəhərinin ələ keçirilməsinin Ukraynanın Luqansk bölgəsində daha da irəliləyişlərə imkan verəcəyi və Moskvanın iyun və iyul aylarında müharibədə ən qanlı döyüşlərdə ələ keçirdiyi əsas təchizat xətlərini təhlükə altına atacağı düşünülür.

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv