Ukraynada müharibə davam edir.
Yenicag.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, son bir həftədə Ukrayna Ordusunun raket və dron hücumları intensivləşib:
“Ötən gecə isə Ukraynanın cənub və şərq vilayətləri kütləvi raket və dron hücumlarına məruz qalıb. Əsas hədəf Krivoy Roq və Odessa şəhərləri olub”.
Həmçinin qeyd edilib ki, Ukraynanın enerji obyektləri hədəf götürülməyə başlayıb.
O da bildirilib ki, Ukraynada həlak olan azərbaycanlı hərbçi Tərlan Osmanovun nəşi Azərbaycana göndərilib.
Ətraflı videonu təqdim edirik:
www.yenicag.az