!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna Qərb silahları ilə Rusiyanı VURACAQ? – “Əgər istəsəydilər...”

!Reklam – Yazi

“Qərb verdiyi bəyanatlara uyğun olaraq, Ukraynada müəyyən addımlar atmayacaq. Yəni nə Ukraynanın müvafiq ərazilərinə NATO birliklərinin yerləşdirilməsi olacaq, nə də Ukraynaya Rusiyanın dərinliklərinə zərbə vurmaq hüququ və digər məsələlər yerinə yetiriləcək. Bunlar, sadəcə, Rusiyanı çəkindirmək üçün verilən mesajlardır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Politoloq Şimali Koreya qoşunlarının Ukraynada olacağı təqdirdə, Qərbin bir neçə cavab tədbirini müzakirə etməsi ilə bağlı yayılan informasiyaları şərh edib.

“Şimali Koreya qoşunlarının Kurska cəmləşməsi məsələsinə gəldikdə, bununla bağlı konkret faktlar hələlik yoxdur. Əslinə qalsa, Ukrayna ərazisində də Böyük Britaniya, Fransa, ABŞ və digər dövlətlərin təlimçi və digər adlar altında hərbi birliklərinin olması haqqında məlumatlar yayılıb. Bir çox Qərb dövlətləri bunu gizlətməyərək, bəyan edib ki, Ukrayna ərazisində təlimin keçirilməsi, yaxud kəşfiyyat məlumatların emal olunması ilə bağlı ayrı-ayrı hərbi birliklər mövcuddur”, – deyə o, əlavə edib.

Onun sözlərinə görə, sadəcə, indiki məqamda səslənən fikirlər Rusiya tərəfindən adıçəkilən qüvvələrin – KXDR-ə məxsus ordu birliklərinin aktiv şəkildə müharibəyə cəlb olunmasına xəbərdarlıq mesajı kimi qəbul olunmalıdır:

“Əgər Qərb həqiqətən də Ukraynanın qorunması istiqamətində konkret addımlar atmaq istəsəydi, indiyə qədər çoxdan Ukraynanı NATO üzvlüyünə qəbul edib, müvafiq NATO Nizamnaməsinə əsasən də onun ərazilərinin qorunmasını təmin edərdi.

Son olaraq, prezident Volodimir Zelenskinin “Qələbə planı” layihəsində baxanda da gördük ki, orada da Zelenski tərəfindən bütün məsuliyyət elə Qərbin üzərinə qoyulur. Yəni NATO-ya qəbul, ölkə ərazisinə NATO birliklərinin yerləşdirilməsi bağlı müddəalar orada yer almışdı. Amma NATO-nun ayrı-ayrı rəhbərliyində təmsil olunan şəxslər, NATO-nun baş katibi Mark Rutte və ABŞ başda olmaqla alyansın aparıcı dövlətləri bu planın effektli plan olmadığı ilə bağlı bəyanatlarla çıxış ediblər. Əgər istəsəydilər, həmin sülh planına uyğun olaraq, sadaladıqları addımları atardılar. Odur ki, bu Qərb dairələri tərəfindən Rusiyanı çəkindirmək üçün verilmiş mesaj kimi qəbul olunmalıdır”.

Xatırladaq ki, “Bloomberg” nəşri Şimali Koreya qoşunlarının Ukraynada olacağı təqdirdə Qərbin bir neçə cavab tədbirini müzakirə edib.

Qeyd olunur ki, Ukraynanın hava məkanını NATO ölkələri tərəfindən qorumaq, Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə vermək və Qərb ordularının Ukraynaya yeritmək bu təkliflərdən bir neçəsidir. Nəşrə yaxın mənbələrin fikrincə, qərar ABŞ seçkilərindən öncə verilməyəcək.

Rafi Müslümov

COP29

www.yenicag.az

896
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv