!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya danışıqlarının baş tutma ŞƏRTİ: Müharibədə həlledici olan nədir? - ŞƏRH

!Reklam – Yazi

“İranın PUA-ları Rusiya-Ukrayna müharibəsinin taleyini həll edəcək gücdə deyil”.

Bu fikirlərin Ukrayna Müdafiə Nazirliyindən İranın pilotusuz uçuş aaratlarının (PUA) məhv edilməsi ilə bağlı yaydığı məlumatın rəsmi Moskva tərəfindən “şübhə” ilə qarşılanması haqda danışan hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, müharibənin taleyini İranın PUA-ları yox, Ukraynaya verilən dəstək həll edəcək:

“Ukraynada İrana aid Rusiya PUA-larının vurulmasına dair nümunələr var. İran PUA-ları Ukraynanın enerji strukturunun sıradan çıxarılması üçün istifadə olunur. Rusiyanın “QERAN-2” PUA-larının əsl adı İranda “Şahid”dir. Həmin PUA-lar alçaqdan uçduğuna görə radara yaxalanmır. Çətin də olsa, Ukrayna Silahlı Qüvvələri onları zərəsizləşdirir.

İran PUA-larından istifadə Rusiyanın bu sahədə inkişaf edə bilmədiyinin göstəricisidir. Rusiya nümayəndələri bu səbəbdən PUA-ların İrana aid olduğunu gizləməyə çalışırlar. İranın PUA-ları müharibənin taleyini həll edəcək gücdə deyil.

Amerikanın “Patriot” raketləri hava hücumundan müdafiədə Ukraynaya çox kömək edəcək. Ukraynanı dəstəkləyən Şimal Alyansının növbəti hədəfi isə İran olacaq. İranın dəstəyi Rusiyanı qalib tərəfə çevirməyəcək. 30-dan çox ölkənin dəstəklədiyi Ukrayna ilə iki üç dövlətin dəstəklədiyi Rusiya eyni gücdə deyil.

Müharibə hələ bundan sonra azı altı ay uzanacaq. Siyasi danışıqlar ən yaxşı halda Rusiya Ukraynanın beş vilayətindən geri çəkilsə, baş tuta bilər. Müharibənin taleyini İranın PUA-ları yox, Ukraynaya verilən dəstək həll edəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv