Ukrayna Rusiya paytaxtına hücum etdi – Bir uşaq ölüb, yaralılar var

media-hightechnic-468x90

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisinə 144 pilotsuz uçuş aparatı (PUA) ilə hücum etdiyini açıqlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, paytaxt Moskva daxil olmaqla ölkənin bir çox bölgəsində təşkil edilən hücumlar nəticəsində bir uşağın həlak olduğu, 4 nəfərin isə yaralandığı bildirilib.

Nazirlikdən verilən açıqlamada Ukraynanın Rusiya ərazisindəki hədəflərə PUA-larla hücum etməyə çalışdığı qeyd edilib.

Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən 144 PUA-nın vurulduğu və bunların 20-sinin Moskva bölgəsində məhv edildiyi bildirilib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun açıqlamasına görə, hücumlar nəticəsində bölgədəki bir binaya PUA-nın düşməsi səbəbilə bir uşaq həlak olub, 4 nəfər isə yaralanıb.

Rusiya Federal Aviasiya Agentliyinin yaydığı yazılı açıqlamada isə mülki təyyarələrin təhlükəsizliyi səbəbindən Moskva hava limanlarında uçuşların müvəqqəti olaraq məhdudlaşdırıldığı qeyd edilib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05