Ukrayna savaşının arxasında gizlənən MƏQAM: “Qlobal maraqlar tələb edir ki...”

media-hightechnic-468x90

“Kompromisin əldə olunmmasında təkcə Rusiya və Ukrayna deyil, Qərbin özünün müəyyən dairələrinin də maraqları var”.

Bu sözləri Rusiya Ukrayna müharibəsi ilə bağlı yaranmış vəziyyət, Trampın Rusiya-Ukrayna və Ermənistan-Azərbaycan arasında sülhün əldə edilməsi üçün atdığı addımlar və gözləntiləri Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

media-terlan-eyvazov

Onun sözlərinə görə, indiki şərtlərdə Rusiya-Ukrayna müharibəsinin sülhlə yekunlaşması gözlənilmir:

“Bu cümə günü üçün iki önəmli hadisə baş verə bilər. Bunun biri Rusiya-Ukrayna, digəri isə Azərbaycanla Ermənistan liderlərinin bilavasitə Trampın iştirakı ilə görüşüdür. Tramp biznesmendir, o müharibədən daha çox biznesin olmasını istəyir, bundan əlavə, şöhrətpərəstdir. O, Nobel Sülh Mükafatı almaq niyyətindədir. Bunu almaq üçün də çox böyük sülhə nail olmaq lazımdır. ABŞ-nin, Qərbin qarşısında duran ən böyük problem Ukrayna müharibəsidir. Tramp da bunun qarşısını almaq istəyir, ancaq hələ ki buna nail ola bilmir”.

Mütəxəssisin fikrincə, burada çox böyük maraqlar toqquşur:

“Tramp Baydendən fərqli olaraq böyük addımlar atdı, Rusiyaya müəyyən güzəştlər etdi, danışıqlar apardı, ancaq alınmadı. Çünki Rusiyanın təkliflərini Ukrayna qəbul etmir, Ukraynanın da tələblərini Rusiya qəbul etmir, yəni kompromis alınmadı. Bu kompromisin əldə olunmmasında təkcə Rusiya və Ukrayna deyil, Qərbin özünün müəyyən dairələrinin də maraqları var. Bu tək Trampdan asılı deyil, qlobal maraqlar tələb edir ki, bu iki ölkə bir-biri ilə vuruşsun. Əgər Rusiya ilə Ukrayna müharibə edirsə, bu, o deməkdir ki, regionumuzda sabitlik olacaq. Putin gözdən düşür, bütün resursları qonşu ölkələr tərəfindən ucuz qiymətə alınır. Qərb isə ABŞ-nin ətəyindən möhkəm yapışır. ABŞ-nin silah şirkətləri başda olmaqla, Vaşinqton çox böyük miqdarda qazanc əldə edir. Bütün bunlara görə də müharibə bitmir”.

“Düşünmürəm ki, veriləcək sanksiyalar Rusiyaya hansısa ciddi təsir etsin. Hər iki tərəf danışıqların davam etdirilməsini istəyir. Ancaq hər iki tərəfin şərtləri daban-dabana ziddir. Ona görə də Trampın sülhlə bağlı səyləri havadan asılı qalacaq. Azərbaycanla Ermənistan sülh müqaviləsi bağlamağa razıdır. Bunu Tramp da bilir. Ona görə də hər hansı çərçivə sazişinin imzalanması gözləniləndir”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa