Ukrayna XİN başçısı: "İranla diplomatik əlaqələri hər an kəsə bilərik"

media-hightechnic-468x90

“İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər”.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

Onun sözlərinə görə, bu, Tehranın gələcək davranışlarından asılı olacaq: “Mən Prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.

D.Kuleba həmçinin İranın “qırmızı xətlər”i keçdiyini vurğulayıb: “Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.

Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır: “Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.

Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05