Ukraynada hostellərin birində yanğın hadisəsi baş verib.
Yenicag.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, hadisə Aleksandrov rayonunda qeydə alınıb. Hostelin ikinci mərtəbəsində başlayan yanğın nəticəsində 5 nəfər ölüb.
Hadisə yerinə dərрal çağırılan yanğınsöndürənlər biri 2009-cu il təvəllüdlü uşaq olmaqla 4 nəfərin həyatını xilas ediblər.
İlkin ehtimala görə, ölənlərdən 4-ü Azərbaycan vətəndaşlarıdır.